DünyaManşetMANŞETÜSTÜ

Almaniya Türkiyəni razı salmağa çalışır, ancaq…

Almaniya Türkiyəni razı salmağa çalışır, ancaq…

Almaniya hökuməti Türkiyəni Beynəlxalq Valyuta Fonduna müraciət etməsi üçün razı salmağa çalışır.

Fakttv.com Axar.az -a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Şpiqel” nəşri məlumat yayıb. Nəşr Türkiyənin Maliyyə naziri Barat Albayraqla almaniyalı həmkarı Olaf Şolzun cümə axşamı aralarında baş tutan telefon danışığında sözügedən məsələni müzakirə etdiklərini yazıb.

Albayrağın buna qarşılıq olaraq gələn həftə Körfəz ölkələrinə səfər edərək maliyyə dəstəyi istəyəcəyini söylədiyi bildirilib.

Qeyd edək ki, Barat Albayraq bundan əvvəl Türkiyə hökumətinin BVF-yə müraciət etməyi düşünmədiyini, əsas məqsədlərinin ölkəyə xarici sərmayəçiləri cəlb etmək olduğunu açıqlamışdı.

Fakttv.com

 

Comment here