DünyaMANŞETÜSTÜ

ABŞ və İsrail Türkiyəyə qarşı… – Şok anlaşma

“ABŞ-ın Türkiyəni “F-35” proqramından çıxarması İsrail şirkətlərinin maraqlarına uyğundur”.

Fakttv.com  xəbər verir ki, bu barədə İsraildə nəşr olunan “Haaretz” qəzeti yazıb.

Qəzet qeyd edib ki, Türkiyə ilə imzalanmış müqavilələrin ləğv edilməsi vəziyyətində türk şirkətlərinin yaratdığı boşluğu İsrail şirkətləri dolduracaq.

Məlumata görə, ABŞ və İsrail Müdafiə Nazirlikləri İsrail şirkətləri ilə imzalanacaq yeni müqavilələr üçün danışıqlara başlayıb.

“Haaretz” Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasının Yaxın Şərqdə yeni gəlişməyə səbəb olacağını yazıb.

Qəzetdə Türkiyənin ABŞ-da ala bilmədiyi “F-35” qırıcılarının İsrailə qarşı istifadə edə bilməyəcəyinin müsbət nəticə olduğu vurğulanıb.