DünyaMANŞETÜSTÜ

ABŞ səfirliyindən “Green Card”la bağlı xəbərdarlıq

ABŞ-ın Azərbaycandakı Səfirliyi Viza Lotereyası proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.
Səfirlikdən Fakttv.com -a verilən məlumata görə, bu cür saxta elektron poçt və məktubların müəllifləri Qrin Kart proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.

“Bundan əlavə, yerli viza təşkilatları, Qrin Kart Lotereyasına daxil etmək məqsədi ilə, Sizə şəxsi məlumatları vermək üçün müraciət edə bilər. Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli “Greencard” təşkilatı ilə çalışmır və ya dəstək göstərmir. Yalnız rəsmi Dövlət Departamentinin saytı vasitəsilə heç kimə ödəniş ödəmədən ərizəni yoxlaya bilərsiniz: https://azvision.az/redirect.php?url=http://www.dvlottery.state.gov .”

Əgər siz bu cür fırıldaqçılıq əməlinin qurbanı olduğunuzu hesab edirsinizsə və yaxud fırıldaq məqsədilə sizə müraciət olunubsa, xahiş edirik bu haqda bizə Facebook səhifəmiz vasitəsilə və yaxud Consularbaku@state.gov elektron poçt ünvanına müraciət etməklə məlumat verəsiniz”-deyə, səfirliyin məlumatında deyilir.