DünyaMANŞETÜSTÜ

ABŞ polisi Venesuela səfirliyinə girdi

ABŞ polisi Venesuelanın Vaşinqtondakı səfirliyinin binasına daxil olub.

Fakttv.com xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb. Məlumata görə, yeni binada yalnız Venesuela Prezidenti Nikolas Maduronun tərəfdarları olan aktivistlər qalır. ABŞ polisi aktivistlər arasında xüsusi kağızlar paylayaraq, Venesuela müxalifətinin liderini ölkə rəhbəri kimi tanıdıqlarını, aktivistlərin binanı tərk etməyəcəyi halda həbs ediləcəklərini bildiriblər. Aktivistlər isə polisin bu addımının beynəlxalq hüquqa tam zidd olduğunu deyiblər. Hazırda səfirliyin binasına giriş tam qapadılıb.

Maduro insidentlə bağlı bəyanat yayıb. Bəyanatında o, amerikalı aktivistlərə addımlarına görə təşəkkür edib.

Venesuela hökuməti ABŞ-ın bu addımını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.