ManşetŞou-Biznes

35 yaş cavanlaşan ƏMƏKDAR ARTİST: Gizli eşq yaşayıram

Ola bilməz həyatınızda kimsə olmasın.

Bu sözlərlə prodüser-aparıcı Tarix Əliyev (Tolik) “Hər şey daxil”də bir neçə həftə bundan əvvəl estetik əməliyyat etdirən əməkdar artist Nahidə Orucovaya müraciət edib.

58 yaşlı məşhur aktrisa prodüserin sualına cavabı zamanı şəxsi həyatı ilə bağlı ilk dəfə hər şeyi etiraf edib:

“Hamı bilir ki, mən həyatda təkəm. Amma sevdiyim var, ancaq paylaşa bilmirəm, açıb deyə bilmirəm. O adam özü də bilmir onu sevirəm. Gizli eşq yaşayıram. Cavan adamdı, tanınmışlardan deyil”.

Qeyd edək ki, bir neçə həftə bundan əvvəl estetik əməliyyat etdirərək xeyli dəyişən əməkdar artist, açıqlaması zamanı “Əməliyyatdan sonra 30-35 yaş cavanlaşdım” demişdi.

Comment here