DünyaManşet

Ərdoğanla Putinin razılaşmasında DİQQƏTÇƏKƏN MƏQAM

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında imzalanan Soçi Memorandumunda Suriyanın Qamışlı və Kobani şəhərlərinin yer almaması müzakirə məsələsinə çevrilib.

Fakttv.com xəbər verir ki, mütəxəssislər memorandumun sərhəd xəttinin terrorçulardan təmizlənməsi və Rusiyanın Suriyadan hər iki şəhərlə bağlı vəd ala biləcəyi ilə əlaqələndirib.

Həmçinin qeyd olunub ki, bölgənin təhlükəsizliyi Rusiya və Suriya tərəfindən təmin olunacaq. Türkiyə-Suriya sərhədinin təhlükəsizliyi üçün Rusiya ilə birgə mexanizm qurulacaq və rusların YPG-li terrorçular məsələsində təzyiqi artıracağı bildirilir.