MANŞETÜSTÜŞou-Biznes

Əməkdar artistin 6 yaşlı nəvəsi Türkiyədə itdi – VİDEO

Əməkdar artist Mətanət İsgəndərli “ATV Şou” verilişinin qonağı olub.

Fakttv.com open.az-a istinadən xəbər verir ki, ifaçı Türkiyəyə qızı Ülkəri ziyarət etməyə getdiyini açıqlayıb.

O, Türkiyəyə 6 yaşlı nəvəsi Ruhlanla birlikdə gedib. Məhz burada müğənninin başına iş gəlib.

İfaçı orada nəvəsini itirdiyini açıqlayıb: “Qızım üçün çox darıxmışdım. Buna görə Türkiyəyə getdik. Özüdə nəvəm Ruhlanla birlikdə yola çıxdıq. Günlərlə alış-veriş etdik. Amma uşaqla yola çıxmaq necə ağırdır. Ruhlan İstanbulda itdi. O qədər həyəcan və qorxu keçirtdim. Üstəlik dənizin yanındaydıq, daha çox qorxdum. Dedim yəqin dənizə düşüb”.

Comment here