MANŞETÜSTÜŞou-Biznes

“Əmək kitabçam yoxdur” – 17 ildir aparıcıdır…

Aparıcı Cavid Gül sosial şəbəkədə arvix fotolarını paylaşıb.

Fakttv.com  xəbər verir ki, o, bölüşdüyü fotolara şərh yazaraq, 17 ildir aparıcılıq etdiyini bildirib:

“13 il qabaq verdiyim müsahibəni oxudum və şəkillərimə baxdım. Hisslərimi ifadə etməyə nə söz, nə də smaylik tapa bilmirəm. Yeri gəlmişkən, sentyabrda aparıcılığımın rəsmi 17 yaşı oldu”.

Xeyli sayda şərh yazılan fotolarda Cavidə “Pensiyaya nə vaxt hazırlaşırsan” deyə, sual verilib. Aparıcı suala “Mən yazığın heç əmək kitabçası yoxdur” cavabını verib.

Qeyd edək ki, Cavid Gül ATV-də yayımlanan bir çox layihələrdə aparıcılıq edib