MANŞETÜSTÜŞou-Biznes

“Əli Mirəliyevlə dostluq etmək mümkün deyil” – Rövşanə

Aparıcı Rövşanə Ağasəfqızı “Səhər-səhər” verilişinin qonağı olub.
Fakttv.com bildirir ki, Axşam.az-ın məlumatına görə, proqramda aparıcılardan biri olan müğənni Əli Mirəliyevin aqresiv danışığı Ağasəfqızını özündən çıxarıb. Rövşanə heç vaxt onunla dostliq etməyəcəyini söyləyib:

“Qətiyyən, Əli Mirəliyevlə dost ola bilmərəm. İmkan vermir danışmağa, durum gərək gedim efirdən. Onunla dostluq mümkün deyil. Elə hay-küylü, imkan verməyən danışmağa… Elə insanla dostluğum olmaz. Qadınla kişinin dostluğuna gözəl baxıram. Mənim də qazandığım kişi dostlarım çoxdur”.